Vergilər Nazirliyi: Vergi islahatlarının hədəfi qeyri-neft sektorunda qeyri-leqal çalışanların maaşının kütləvi artırılması deyil

Vergilər Nazirliyi: Vergi islahatlarının hədəfi qeyri-neft sektorunda qeyri-leqal çalışanların maaşının kütləvi artırılması deyil Bakı. 12 dekabr. REPORT.AZ/ “Vergi islahatlarının əsas hədəfi neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektorda əmək bazarının leqallaşmasına nail olmaqdır”.
Hadisə
12 Dekabr , 2018 15:18
Vergilər Nazirliyi: Vergi islahatlarının hədəfi qeyri-neft sektorunda qeyri-leqal çalışanların maaşının kütləvi artırılması deyil

Bakı. 12 dekabr. REPORT.AZ/ “Vergi islahatlarının əsas hədəfi neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektorda əmək bazarının leqallaşmasına nail olmaqdır”.

“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun İqtisadi təhlil və ekspertiza Departamentinin baş direktoru Natiq Şirinov deyib.

“İslahat heç də qeyri-neft sektorunda qeyri-leqal çalışanların əmək haqqının kütləvi artırılması anlamına gəlməməlidir. Əgər işçi nağd pul şəklində vergi və sosial tutulmalar olmadan qeyri-rəsmi əməkhaqqı alırsa, vergi yükünün azalması, sadəcə, əmək haqqının rəsmiləşdirilməsinə imkan verəcək. Yəni burada əslində heç bir kütləvi əmək haqqı artımından söhbət gedə bilməz. Müəyyən artım yalnız rəsmi çalışan işçilərin əməkhaqqında ola bilər. Lakin təhlillər və müşahidələr göstərir ki, qeyri-neft sektorunun özəl bölməsində rəsmi əmək münasibətlərinin miqyası qeyri-rəsmi əmək münasibətləri ilə müqayisədə dəfələrlə kiçikdir. Qeyri-rəsmi əmək bazarının fəaliyyətindən ən çox zərər görən sıravi vətəndaşdır. Çünki bu halda işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və ya onun faktiki aldığı əməkhaqqı rəsmi əmək müqaviləsində göstərilmədikdə sosial sığorta haqları toplanılmır və işçilərin fərdi pensiya hesabında əks olunmur. Bu isə işçiləri gələcəkdə pensiya almaq hüququndan məhrum edir. Bu baxımdan, dəyişikliklər yüz minlərlə insanın pensiya və sosial müavinət hüquqlarının bərpa edilməsini təmin edəcək”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi