Ucarda mikroavtobusla yük avtomobili toqquşub, 5 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Ucarda mikroavtobusla yük avtomobili toqquşub, 5 nəfər ölüb - VİDEO - YENİLƏNİB Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Hadisə
9 İyul , 2021 09:35
Ucarda mikroavtobusla yük avtomobili toqquşub, 5 nəfər ölüb - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Ucar rayonunda baş verən yol qəzasında ölən şəxslərin adları məlum olub.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Nazim Axundovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Gədəbəy rayon sakini, 1984-ci il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi “Shacman” markalı yük avtomobili toqquşub.

Nəticədə sürücü N.Axundov və sərnişinləri olan Zaqatala rayon sakinləri - 1985-ci il təvəllüdlü Eyvaz İbrahimov, 2004-cü il təvəllüdlü Yusif Yusubov, hələlik şəxsiyyətləri məlum olmayan 50-52 və 25-30 yaşlı qadınlar ölüblər.

Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hürünün vəziyyəti daha ağır olduğundan o, Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

09.10

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

FHN-dən "Report"a daxil olan məlumatda deyilir:

"Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar rayonunun Müsüslü kəndində “Mercedes” markalı mikroavtobus ilə “Shacman” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər".

Qeyd edək ki, qəza zamanı 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi