Tovuzda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var
Hadisə
- 28 avqust, 2022
- 10:33
Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Belə ki, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Ölən şəxs Tovuz rayon sakini, 2011-ci il təvəllüdlü Fərid Mustafayevdir. Xəsarət alanlar isə onun dayısı, "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Müşfiq İslamzadə, "Mercedes" markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini, 1988-ci il təvəllüdlü Elçin Əliyev və onun sərnişini Daşkəsən rayon sakini, 1992-ci il təvəllüdlü Elçin Alsanovdur.
Onlardan M.İslamzadənin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Son xəbərlər
03:39
Video
Qərbi Azərbaycan Xronikası: "Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi"
Daxili siyasət03:27
"Betmen" trilogiyasının ulduzu Con Nolan vəfat edib
İncəsənət02:53
İslamabadda keçirilən İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB-4
Region02:04
Foto
Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər
Din02:03
Tramp: İslamabaddakı danışıqların nəticəsinin əhəmiyyəti yoxdur, biz qalib gəldik
Digər ölkələr01:52
Xəzər dənizində zəlzələ baş verib
Hadisə01:33
"Atalanta"nı məğlub edən "Yuventus" A Seriyasının ilk dördlüyünə yüksəlib
Futbol01:09
İsrailin hücumları nəticəsində Livanın cənubunda səkkiz nəfər ölüb
Digər ölkələr00:45