Tovuzda yol qəzasında ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB 

Hadisə
  • 15 dekabr, 2022
  • 06:51
Tovuzda yol qəzasında ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB 

Tovuz rayonunda avtomobil qəzası nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "QAZ-24" markalı avtomobilin aşması nəticəsində 2001-ci il təvəllüdlü Əliyev Hümbət dünyasını dəyişib.

Həmçinin hadisə zamanı 1966-cı il təvəllüdlü Aslanov Ramiz, 1957-ci il təvəllüdlü Əliyeva Göyçək, 1983-cü il təvəllüdlü Alıyev Ramil və 1997-ci il təvəllüdlü Orucov Asəf müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

10.28

Tovuz rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun "mal bazarı" adlanan ərazisində qeydə alınıb.

Avtomobil qəzası zamanı 5 nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onlardan biri göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.