Tovuzda avtobusla minik avtomobilinin toqquşması nəticəsində yaralananların adları məlum olub - YENİLƏNİB-2

Tovuzda avtobusla minik avtomobilinin toqquşması nəticəsində yaralananların adları məlum olub - YENİLƏNİB-2 Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Mart , 2018 16:31
Tovuzda avtobusla minik avtomobilinin toqquşması nəticəsində yaralananların adları məlum olub - YENİLƏNİB-2
Report

Tovuz. 20 mart. REPORT.AZ/ Tovuz rayonunda sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların adları məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Tovuz rayonunun Düz Cırdaxan kənd sakinləri - 1984-cü il təvəllüdlü Akşin Nürəddin oğlu Məmmədov, 1961-ci il təvəllüdlü Qüdrət Həsən oğlu Nağıyev və 1980-ci təvəllüdlü Seymur Fəqəddin oğlu Qəribovdur. 


*** 15:32

Tovuz rayonunda yaralını xəstəxanaya aparan təcili tibbi yardım maşını qəzaya uğrayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Səhiyyə Nazirliyinə məxsus "Mercedes" markalı təcili tibbi yardım maşını başqa bir maşınla toqquşub. 

Xəsarət alanlar olmasa da, avtomobillərə ciddi ziyan dəyib. 

Məlumata görə, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı üç nəfərə çatıb. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər və vəziyətlərinin orta-ağır olduğu bildirlir. Hər üç yaralı minik avtomobilində olublar. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Qəzaya düşən təcili yardım maşınının sürücüsü Məhəmməd Musayev, həkim Rəfiqə Ələkbərova və feldşerlər - Şamama Museyibova və Könül Əsgərovanın isə ciddi xəsarət almadıqları bildirilir. 


*** 15:07

Tovuz. 20 mart. REPORT.AZ/ Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunun Tovuz rayonun Cırdaxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan var. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi