Tovuzda ağır yol qəzası olub, xəsarət alanlar var

Tovuzda ağır yol qəzası olub, xəsarət alanlar var Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi başverib.
Hadisə
223
6 İyun , 2021 20:36
Tovuzda ağır yol qəzası olub, xəsarət alanlar var

Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Həzi Aslanov küçəsində hərəkətdə olan "Range Rover" markalı avtomobil qarşıdan gələn "VAZ-2106" markalı avtomobillə toqquşub, sonra yoldan çıxaraq, yaşayış evinin hasarına çırpılıb və zərbənin gücündən aşıb.

Qəza zamanı "VAZ-2106" markalı avtomobilin sürücüsü, Tovuz rayon Əlibəyli kənd sakini, 1989-ci il təvəllüdlü İsmayılov Orxan Mehdi oğlu və avtomobildə olan sərnişin, 1978-ci il təvəllüd Şəmkir rayon sakini Əliyeva Elnarə Qasım qızı, həmçinin "Range Rover" markalı avtomobilin sürücüsü, 2000-ci il təvəlüdlü Tovuz rayon sakini Cavid İsgəndər oglu Mehraliyev müxtəlif bədən xəsarətləri alıblar.

E.Əliyevanın vəziyyəti ağır oldugundan o, Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib. Digər yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi