Tovuzda 5 nəfər ehtiyatsızlıqdan su kanalına yıxılaraq xəsarət alıblar - YENİLƏNİB
- 21 oktyabr, 2023
- 17:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuz rayonunda bir neçə nəfər yerli sakin ehtiyatsızlıqdan içərisində su olmayan kanala yıxılaraq xəsarətlər alıblar.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Düz Cırdaxan kənd ərazisində qeydə alınıb.
Toy mərasimindən qayıdan 5 nəfər şəxs şadlıq evinin yaxınlığında olan su kanalının üzərindəki keçiddən qarşıya keçmək istəyərkən ehtiyatsızlıqdan kanala yıxılıblar.
Nəticədə 1970-ci il təvəllüdlü İ.Gülməmmədov, 1981-ci il təvəllüdlü G.Əhmədova və daha 3 qadın müxtəlif bədən xəsarətləri alıblar.
Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
21:22
Tovuz rayonunda beş nəfər yerli sakin ehtiyatsızlıqdan su kanalına düşərək xəsarətlər alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Düz Cırdaxan kənd ərazisində qeydə alınıb.
Belə ki, su kanalı üzərində olan bənddən keçmək istəyən 5 şəxs ehtiyatsızlıqdan kanala düşüblər.
Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.