Tovuzda 2 maşın toqquşub, yaralılar var - YENİLƏNİB

Hadisə
  • 01 mart, 2018
  • 23:35
Tovuzda 2 maşın toqquşub, yaralılar var - YENİLƏNİB
Report

Tovuz. 2 mart. REPORT.AZ/ Tovuz rayonunda baş verən qəzada xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü - 1993-cü il təvəllüdlü Kərimli Elçin Vəlirza oğlu və 1989-cu il təvəllüdlü Elşad Məhəmməd oğlu Qəribov xəsarət alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 


***3:01

Tovuz. 2 mart. REPORT.AZ/ Tovuz rayonunda xəsarətlə nəticələnmiş yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektində yerləşən körpünün altında 2 avtomobilin toqquşması nəticəsində yaralıların olduğu bildirilir.

Hazırda DYP əməkdaşları və "təcili yardım" briqadası hadisə yerinə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.