Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib

Hadisə
  • 11 yanvar, 2023
  • 15:09
Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib

Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb.

Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.