Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşları dekabrın 30-da vətənə göndəriləcəklər

Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşları dekabrın 30-da vətənə göndəriləcəklər Qazaxıstanın Aktau hava limanı yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan iki Qırğızıstan vətəndaşı dekabrın 30-da vətənə göndəriləcək.
Hadisə
29 Dekabr , 2024 15:08
Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşları dekabrın 30-da vətənə göndəriləcəklər

Qazaxıstanın Aktau hava limanı yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan iki Qırğızıstan vətəndaşı dekabrın 30-da vətənə göndəriləcək.

“Report” xəbər verir ki, bu barədə “24.kz” telekanalı məlumat yayıb.

Bildirilib ki, onların vəziyyəti sabit qiymətləndirilir. Həmçinin vəziyyəti ağır qiymətləndirilən 26 yaşlı Rinat Asanovun təxliyəsi məsələsi də nəzərdən keçirilir. Təyyarədə cəmi üç Qırğızıstan vətəndaşı olub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, qəza təyyarənin Rusiyanın hava məkanında kənar fiziki-texniki müdaxiləyə məruz qalması nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi