Tərtər və Ağdamda minaya düşənlərdən ikisinin vəziyyəti ağırdır

Tərtər və Ağdamda minaya düşənlərdən ikisinin vəziyyəti ağırdır Ötən gün Tərtərin Çaylı kəndində minaya düşərək xəsarət alan Tağızadə Arzuman Əhliman oğlu və iki ayağı amputasiya edilən Bağırov Elmir Elnur oğlunun vəziyyəti ağırdır.
Hadisə
3 Aprel , 2024 15:58
Tərtər və Ağdamda minaya düşənlərdən ikisinin vəziyyəti ağırdır

Ötən gün Tərtər rayonunun Çaylı kəndində minaya düşərək xəsarət alan Arzuman Tağızadə və iki ayağı amputasiya edilən Elmir Bağırovun vəziyyəti ağırdır.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hazırda onların müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

Sözügedən ərazidə minaya düşərək xəsarət alan Polad İsmayılov isə Tərtər Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. Vəziyyəti qənaətbəxşdir.

Bundan başqa, ötən gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində təmizləmə işləri aparan zaman minaya düşən Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Xəyyam Əliyev xəstəxanadan evinə buraxılıb.

Qeyd edək ki, hər iki faktla bağlı Ağdam və Tərtər rayon prokurorluqlarında araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi