Təhsil Nazirliyi: "Naxçıvanda məktəbin çökməsi nəticəsində şagird və müəllimlərin ölməsi yalandır"

Təhsil Nazirliyi: "Naxçıvanda məktəbin çökməsi nəticəsində şagird və müəllimlərin ölməsi yalandır" Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bi
Hadisə
31 Mart , 2022 14:17
Təhsil Nazirliyi: Naxçıvanda məktəbin çökməsi nəticəsində şagird və müəllimlərin ölməsi yalandır

Təhsil Nazirliyi Naxçıvanda orta məktəb binasının çökməsi və nəticədə müəllim və şagirdlər arasında ölənlərin olması ilə bağlı məlumatlara münasibət bildirib.

"Report" xəbər verir, məlumatda deyilir:

"Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.

Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.

Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

Son xəbərlər

Orphus sistemi