Rauf Cabbarov: "Kibertəhlükəsizlik sahəsində səmərəli daxili tərəfdaşlıq qurmaq önəmlidir"

İKT
  • 19 noyabr, 2026
  • 13:28
Rauf Cabbarov: Kibertəhlükəsizlik sahəsində səmərəli daxili tərəfdaşlıq qurmaq önəmlidir

Kibertəhlükəsizlik sahəsində səmərəli daxili tərəfdaşlıq qurmadan beynəlxalq alyanslara nail olmaq mümkün deyil.

"Report" xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı çərçivəsində panel müzakirələrdə (ICCD 2026) deyib.

Onun sözlərinə görə, daxili səviyyədə yaxşı tərəfdaşlığa sahib olmaq beynəlxalq tərəfdaşlığın səmərəliliyini artırır: "Mənim üçün strateji muxtariyyət həm daxili səviyyədə, həm də beynəlxalq səviyyədə real seçimlərə sahib olmaq deməkdir. Əgər hansısa beynəlxalq tərəfdaşımız bəzi hallarda bizi əslində dəstəkləməyəcəksə, bu o deməkdir ki, biz yüksək səviyyədə tərəfdaşlığa nail ola bilməmişik. Beləliklə, biz həmişə bir vəziyyətdə bizimlə ola biləcək bir neçə alternativ tərəfdaşa ehtiyac duyuruq və başqa bir vəziyyətdə, bəlkə fərqli vəziyyətdə bizə kömək edə biləcək başqa bir tərəfdaşla görüşə bilərik. Beləliklə, əslində beynəlxalq tərəfdaşlıq daha çox seçimə əsaslanır".

R. Cabbarov qeyd edib ki, eyni şey daxili səviyyədə də baş verir: "Beləliklə, əgər müəyyən muxtariyyətə nail olmaq istəyiriksə, daha çox seçimə sahib olmalıyıq, seçimlərlə çevik olmalıyıq və əgər bir şirkətin kiber xidmətlərə ehtiyacı varsa, o, daxili səviyyədə daha çox seçimə sahib olmalıdır və bəzi hallarda bu cür alternativlərə sahib olmaq istənilən müştəriyə muxtariyyət verir. Yaxşı yerli icma qurmadan və hökumətdən, dövlət qurumlarından infrastruktur təminatçılarına və İT və kiber təhlükəsizlik şirkətlərinə qədər bütün maraqlı tərəfləri cəlb etmədən biz beynəlxalq əməkdaşlıqdan faydalana bilmərik. Bu çox vacibdir".