Sumqayıt şəhər internat tipli gimnaziyada mənimsəmə olub, cinayət işi başlanıb

Sumqayıt şəhər internat tipli gimnaziyada mənimsəmə olub, cinayət işi başlanıb Sumqayıt şəhər internat tipli gimnaziyada mənimsəmə olub, cinayət işi başlanıb.
Hadisə
13 Fevral , 2024 17:08
Sumqayıt şəhər internat tipli gimnaziyada mənimsəmə olub, cinayət işi başlanıb

Sumqayıt şəhər internat tipli gimnaziyada mənimsəmə olub, cinayət işi başlanıb.

Bu barədə "Report"a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Sumqayıt şəhər internat tipli gimnaziyanın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla təhsil müəssisəsinin vəzifəli şəxslərinin 2021-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi