Şabranda yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb

Şabranda yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 14 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasında aparılır.
Hadisə
22 Sentyabr , 2022 21:32
Şabranda yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb

Şabranda yol-nəqliyyat hadisəsində xəsarət alanlardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.

Bu barədə "Report"a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 14 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasında aparılır.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə bağlıdır.

Xəsarət alan şəxslərin müalicələri tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində aparılır. Onlardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.

Xəstəxanaya yerləşdirilən 2 nəfər isə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə təxliyə edilir.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi