Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb

Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb “Olimpus Şirkətlər Qrupu"nun rəhbəri Əbülfəz Babayevə qarşı 2 milyon manatdan çox dələduzluq etməkdə ittiham olunan şəxslərdən biri ölüb.
Hadisə
6 Yanvar , 2025 12:00
Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb

“Olimpus Şirkətlər Qrupu"nun rəhbəri Əbülfəz Babayevə qarşı 2 milyon manatdan çox dələduzluq etməkdə ittiham olunan şəxslərdən biri, Ramal Əzimov ölüb.

"Report" xəbər verir ki, onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

Bu səbəbdən təqsirləndirilən şəxs barəsindəki cinayət işi digərlərindən ayrılıb.

İttihama əsasən, Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynova Əbülfəz Babayevin 2 milyon 550 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər.

Ə.Abbasov ARB telekanalının binasını atasının əmlakı kimi təqdim edərək Əbülfəz Babayevə satmağı söz verib və ondan 100 min manat beh alıb.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Əmirastan oğlu Babayev "Olimpus Şirkətlər Qrupu"nun təsisçisidir. Bakı-Şamaxı yolunda "Lukoyl" yanacaqdoldurma məntəqəsinin sahibidir. Eyni zamanda bir çox tikinti layihələrində təsisçi kimi payı var. İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib dələduzluq ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi