Taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxsin məhkəməsi başlayır

Taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxsin məhkəməsi başlayır Abşeron rayonu Qobu qəsəbəsində taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən İxtiyar Salahlının məhkəməsi başlayır.
Hadisə
12 Yanvar , 2022 10:18
Taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxsin məhkəməsi başlayır

Abşeron rayonunda taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə təqsirləndirilən İxtiyar Salahlının cinayət işi üzrə məhkəmə iclası başlayır.

"Report" xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

İş hakim Şövkət Nəcəfovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 1-də Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınınb.

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edən zərərçəkən sürücü Rufiq Heydərov bildirib ki, bir nəfər sərnişin avtomobilə əyləşərək onu qeyd edilən yaşayış massivinə aparmasını xahiş edib. Deyilən ünvana çatanda isə müştəri onun 360 manatını götürərək hadisə yerindən uzaqlaşıb. Qobu Polis Bölməsinin əmədaşları tərəfindən məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Həyata keçirilən əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron rayon sakini İxtiyar Salahlı saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib. Saxlanılan şəxs narkotik vasitələr maddələr aludəçisidir və o, bu maddələri əldə etmək üçün qeyd edilən hadisəni törətdiyini bildirib.

Keçirilən əməliyyat tədbirləri zamanı K.Abbasov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Son xəbərlər

Orphus sistemi