Sabirabadda həmkəndlisini bıçaqlayan şəxsin məhkəməsi başlayır

Sabirabadda həmkəndlisini bıçaqlayan şəxsin məhkəməsi başlayır Sabirabadda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Kərəm Abbasovun cinayət işi üzrə ibtidai istintaqı başa çatır.
Hadisə
12 Yanvar , 2022 09:44
Sabirabadda həmkəndlisini bıçaqlayan şəxsin məhkəməsi başlayır

Sabirabadda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Kərəm Abbasovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

"Report" xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Müşfiq Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 14-də Sabirabad rayonunda qeydə alınıb.

Belə ki, rayonun Suqovuşan kənd sakini, 1996-cı il təvəllüdlü Abbasov Kərəm Abbas oğlu həmkəndlisi, 1985-ci il təvəllüdlü Qubadov Yusif Böyükxan oğlunu bıçaqlayıb.

Daha sonra K.Abbasov hadisə yerindən yayınıb. Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Y.Qubadovun həyatını xilas etmək mümkün olub.

Y.Qubadov ilkin ifadəsində iribuynuzlu heyvanın hücumuna məruz qaldığını bildirib.

Lakin araşdırmalar zamanı onun həmkəndlisi tərəfindən bıçaqlandığı məlum olub.

Keçirilən əməliyyat tədbirləri zamanı K.Abbasov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Son xəbərlər

Orphus sistemi