XİN başçısı: Niderland Ukraynaya humanitar yardıma görə Azərbaycana minnətdardır

Xarici siyasət
  • 26 oktyabr, 2026
  • 13:31
XİN başçısı: Niderland Ukraynaya humanitar yardıma görə Azərbaycana minnətdardır

Niderland Ukraynaya humanitar yardıma görə Azərbaycana minnətdardır.

"Report" xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen Bakıda Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Ukraynaya yardıma, xüsusən də son humanitar yardım paketinə görə Azərbaycana minnətdarlığımı bildirmək istəyirəm. Ukraynaya dəstək, xüsusilə də qış ərəfəsində böyük əhəmiyyət daşıyır", - nazir deyib.

T.Berendsen bildirib ki, C.Bayramovla görüşü zamanı Rusiya-Ukrayna münaqişəsini müzakirə edib: "Mən Ceyhun Bayramova Azərbaycanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə, eləcə də ölkəniz tərəfindən təqdim edilən sonuncu humanitar yardım paketinə görə təşəkkür edirəm".

Onun sözlərinə görə, xüsusilə qış mövsümünün yenidən yaxınlaşdığı bir vaxtda Ukraynanı dəstəkləməyə davam etmək son dərəcə vacibdir.