Şüvəlanda naməlum şəxsin döydüyü kişinin çənəsi qırılıb

Hadisə
  • 25 iyun, 2019
  • 21:24
Şüvəlanda naməlum şəxsin döydüyü kişinin çənəsi qırılıb

Bakının Xəzər rayonunda döyülmə hadisəsi olub.

"Report" xəbər verir ki, 1971-ci il təvəllüdlü Rüstəmov Rüstəm Tahir oğlu Şüvəlan qəsəbəsində naməlum şəxs tərəfindən döyülüb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona çənə sınığı diaqnozu qoyulub.

44 filmi