Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Hadisə
- 15 sentyabr, 2025
- 17:56
Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində külli miqdarda silah-sursat aşkar edilib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı birgə məlumatda bildirilib.
Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.
Göstərilən istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Son xəbərlər
11:47
Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
Digər ölkələr11:46
Bulvar ərazisində suyun səthi neft ləkələri və tullantılardan təmizlənir
Ekologiya11:46
Foto
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
Fərdi11:43
"Bank Respublika" müəllim və həkimlərə nağd kredit üzrə 10 % endirim elan edir
Maliyyə11:40
İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə11:37
EBRD Qafqazda texnologiya şirkətlərinə dəstək üçün investisiya yatırır
Maliyyə11:26
Vüsal Qənbərov "İmişli"dən ayrılaraq "Şəfa"ya keçib
Futbol11:25
TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər
Din11:18
Foto