Suraxanıda iki avtomobil toqquşub, xəsarət alan var

Hadisə
  • 13 iyun, 2021
  • 00:32
Suraxanıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Vəliyev Asim Nazim oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.