Sumqayıtdakı qətllə bağlı cinayət işi açılıb

Hadisə
  • 09 fevral, 2022
  • 08:14
Sumqayıtdakı qətllə bağlı cinayət işi açılıb

Sumqayıt şəhərində qətllə bağlı cinayət işi açılıb.

Bu barədə "Report"a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 9-u saat 10 radələrində Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Nazim Məmmədovun şəhərin 18-ci mikrorayon ərazisində öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1979-cu il təvəllüdlü Mahir Həsənovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nazim Məmmədova xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Mahir Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

44 filmi