Sumqayıtdakı qətllə bağlı cinayət işi açılıb

Hadisə
  • 12 yanvar, 2022
  • 05:57
Sumqayıtdakı qətllə bağlı cinayət işi açılıb

Sumqayıt şəhərində baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə "Report"a şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 11-i saat 21 radələrində Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Rövşən Musayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişlərin tanışı, 1975-ci il təvəllüdlü Rüfət Məmmədovun Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rövşən Musayevə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Rüfət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

44 filmi