Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alan var

Hadisə
  • 16 iyun, 2021
  • 20:28
Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alan var

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü İbrahimov Amil Tofiq oğlu xəsarətlər alıb.

O, təcılı tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona baş-beyin silkələnməsi və çənə sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.