Sumqayıtda 29 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Sənan Hacının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
"Report" xəbər verir ki, iş baxılması üçün Sumqayıt şəhər Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında Sumqayıt şəhərində, 5-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü S.Hacı mübahisə zamanı 1992-ci il təvəllüdlü Tural Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
S.Hacı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.