Sumqayıtda dörd nəfər qidadan zəhərlənib

Hadisə
  • 29 avqust, 2016
  • 08:12
Sumqayıtda dörd nəfər qidadan zəhərlənib

Bakı. 29 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində dörd nəfər qidadan zəhərlənib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, avqustun 28-də Sumqayıt şəhərində yaşayan azyaşlılar Yağmur Cəfərova və qohumu Yağmur Bayramov, habelə onlara qonaq gələn Aliq Xanmuradi və Məryəm qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.