Sumqayıtda çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Sumqayıtda çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB Sumqayıt. 21 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
21 Fevral , 2018 09:33
Sumqayıtda çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Sumqayıt. 21 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində liftdə olan 3 nəfər - 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.


***9:11

Sumqayıt. 21 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb. 

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. İlkin məlumta görə, hadisə zamanı liftdə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar yerli sakinlərin köməyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi