Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş vermiş intiharla bağlı cinayət işi başlanıb
- 28 iyul, 2015
- 13:46
Bakı. 28 iyul. REPORT.AZ/ Sumqayıt Şəhər Prokurorluğu Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş vermiş intihar faktı ilə bağlı rəsmi məlumat yayıb. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
Məlumatda bildirilir ki, iyulun 24-də 1955-ci il təvəllüdlü Məhəmməd Müzəffər oğlu Əliyevin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində üstünə neft məhlulu tökərək yanıq xəsarətləri ilə xəstəxanaya daxil olması və aldığı yanıq xəsarətlərindən iyulun 27-də orada vəfat etməsi faktı ilə bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə istintaq davam etdirilməklə, M.Əliyevin intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.