Sumqayıtda 5-ci sinif şagirdi tonqalda yanıb
Hadisə
- 21 mart, 2018
- 11:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sumqayıt. 21 mart. REPORT.AZ/ Sumqayıtda 5-ci sinif şagirdi Novruz bayramı şənliyi zamanı yandırılan tonqalda yanıb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 30-cu məhəllə ərazisində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Ayxan Qardaşxan oğlu Şərəfxanlı Novruz bayramı günü həyətdə qalanan tonqalın üstündən tullanmaq istəyərkən ayağı büdrəyib. Nəticədə o, tonqalın üstünə yıxılıb.
Yeniyetmə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə dərhal Sumqayıt şəhər TTYX-a çatdırılıb. Bədəninin müxtəlif yerlərindən yanıq xəsarəti alan 11 yaşlı Ayxanın vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:39
Azərbaycan Yaponiya ilə Hiroşima Süni İntellekt Prosesində iştirakı müzakirə edib
İKT17:37
Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
Region17:36
Foto
Azərbaycanın buz üstündə rəqs cütlüyü beynəlxalq yarışda bürünc medal qazanıb
Fərdi17:35
Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
Region17:32
Son bir həftədə yaşıllıqlara 32 min manatdan çox ziyan dəyib
Ekologiya17:31
İran Milli Bankının Bakı filialının mənfəəti 28 %-dən çox azalıb
Maliyyə17:27
Rafinya "Barselona"nın növbəti iki oyununu buraxacaq
Futbol17:23
Ceyranbatanda mənzil yanır
Hadisə17:22
Foto
Video