Sumqayıtda 38 yaşlı kişi narkotik maddənin təsirindən ölüb - YENİLƏNİB

Hadisə
  • 20 fevral, 2019
  • 07:39
Sumqayıtda 38 yaşlı kişi narkotik maddənin təsirindən ölüb - YENİLƏNİB

Sumqayıt. 20 fevral. REPORT.AZ/  Sumqayıt şəhərində narkotik maddənin təsirindən ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki,əhər sakini, 1981-ci il təvəllüdlü Hüseynov Aslan Qəzənfər oğlu narkotik maddənin təsirindən ölüb. 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.


*** 9:21

Sumqayıt. 20 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində 38 yaşlı kişi narkotik maddəinin təsirindən ölüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, şəhərin 13-cü mikrorayonunda "qarajlar" deyilən ərazidə orta yaşlı kişinin meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindəın baxış keçirilib. 

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliynin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.