Sumqayıt Apellyasiya Məhkəməsi sabiq hakimlə bağlı yayılan məlumatlara münasibət bildirib

Sumqayıt Apellyasiya Məhkəməsi sabiq hakimlə bağlı yayılan məlumatlara münasibət bildirib Bəzi kütləvi informasiya vasitələrində Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi kimi təqdim edilən Şəmsəddin Abasovun biznes fəaliyyəti ilə məşğul olmasına dair məlumatlar yayılıb. Məlumatda, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən bu məsələnin araşdırıl
Hadisə
19 Sentyabr , 2023 10:20
Sumqayıt Apellyasiya Məhkəməsi sabiq hakimlə bağlı yayılan məlumatlara münasibət bildirib

Sumqayıt Apellyasiya Məhkəməsi sabiq hakim Şəmsəddin Abasovla bağlı yayılan məlumatlara münasibət bildirib.

Məhkəmədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yazıda adıçəkilən şəxs hazırda hakim kimi fəaliyyət göstərmir.

Qeyd olunub ki, Ş.Abasov bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

"Belə ki, cari ilin mart ayında hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar olaraq onun səlahiyyətlərinə xitam verilib. Bu baxımdan media nümayəndələrini dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq", - deyə bildirilib.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi kimi təqdim edilən Ş.Abasovun biznes fəaliyyəti ilə məşğul olmasına dair məlumatlar yayılıb. Həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən bu məsələnin araşdırılmadığı iddia olunur.

Son xəbərlər

Orphus sistemi