SOCAR rəhbərliyi Natiq Əliyevin məzarını ziyarət edib

SOCAR rəhbərliyi Natiq Əliyevin məzarını ziyarət edib Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi - şirkətin prezidenti Rövnəq Abdullayev və vitse-prezidentlər, eyni zamanda şirkətin kollektivi Azərbaycanın mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin anadan olmasının 70-ci ildönümü ilə əlaqədar onun II Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
Hadisə
23 Noyabr , 2017 12:09
SOCAR rəhbərliyi Natiq Əliyevin məzarını ziyarət edib
Report/ Orkhan Azim

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi - şirkətin prezidenti Rövnəq Abdullayev və vitse-prezidentlər, eyni zamanda şirkətin kollektivi Azərbaycanın mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin anadan olmasının 70-ci ildönümü ilə əlaqədar onun II Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

“Report” xəbər verir ki, ziyarətçilər mərhum nazirin məzarı üzərinə çiçəklər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qeyd edək ki, N.Əliyev iyunun 9-da İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib. Mərhum iyunun 10-da II Fəxri xiyabanda torpağa tapşırılıb.

N.Əliyev 1947-ci il noyabrın 23-də Bakıda anadan olub. O, 1993-2005-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, 2005-2013-cü illərdə Azərbaycanın sənaye və energetika naziri, 2013-cü ildən ömrünün son gününə qədər energetika naziri vəzifələrində çalışıb.

Son xəbərlər

Orphus sistemi