Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB

Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
25 Aprel , 2024 22:53
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Toyota" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü Habil Əbdül oğlu İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Avtomobildə sərnişin qismində olan digər şəxsin isə ayağı sınıb və müxtəlif xəsarətlər alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

21:23

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü Habil İsmayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Avtomobildə olan daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi