Şirvanda xuliqanlıq edən şəxslər saxlanılıb

Hadisə
  • 23 dekabr, 2021
  • 05:48
Şirvanda xuliqanlıq edən şəxslər saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində xuliqanlıq edən 4 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Ramil Əbilov, Rəşad Məmmədov, Telman və Məmmədağa Heydərovlar olduqları müəyyən edilib.

Saxlanılan şəxslər barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.