Yuxarı

Şirvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Faktla bağlı araşdırma aparılır.

Şirvan. 15 dekabr. REPORT.AZ/ Şirvan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, şəhərin “Köhnə bazar” adlanan ərazisində qeydə alınıb.  

Belə ki, Şirvan sakini, 1981-ci il təvəllüdlü Rauf Afiq oğlu Mənsimov sərxoş vəziyyətdə yolu keçərkən “Ford Tranzit” markalı avtomobil tərəfindən vurulub. Ancaq həkimlərin səylərinə baxmayaraq dekabrın 13-də Bakıda yerləşdirildiyi xəstəxanalardan birində aldığı kəllə-beyin travmasından ölüb.


*** 9:10

Şirvan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin “Köhnə bazar” adlanan ərazisində qeydə alınıb.

Belə ki, Şirvan sakini, 1981-ci il təvəllüdlü Rauf Afiq oğlu Mənsimov sərxoş vəziyyətdə yolu keçərkən “Ford Tranzit” markalı avtomobil tərəfindən vurulub. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralının vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi