Şirvanda ata gənc oğlunu bıçaqlayıb - YENİLƏNİB - TƏFƏRRÜAT

Şirvanda ata gənc oğlunu bıçaqlayıb - YENİLƏNİB - TƏFƏRRÜAT Yaralının vəziyyəti orta-ağırdır
Hadisə
25 Avqust , 2018 10:18
Şirvanda ata gənc oğlunu bıçaqlayıb - YENİLƏNİB - TƏFƏRRÜAT

Şirvan. 25 avqust. REPORT.AZ/ Şirvan şəhərində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. "Report"un yerli bürosu xəbər verir ki, Sabirabad rayonunun Azadakənd sakini, 1999-cu il təvəllüdlü Abasov Əli Nizami oğlunu atası bıçaqlayıb. Ə.Abasov daxilə nüfuz edən qarının ön divarının kəsilmiş-deşilmiş yarası, həmçinin qara ciyərin zədələnməsi diaqnozu ilə ilə Şirvan şəhər xəstəxanasında əməliyyat olunub. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən 19 yaşlı gəncin vəziyyəti orta-ağır kimi qiymətləndirlir.

Hadisə yerindən qaçan atanın tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


***9:36

Şirvan. 25 avqust. REPORT.AZ/ Şirvanda Sabirabad sakini bıçaqlanıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə  Şirvan şəhəri ərazisində baş verib. 

Belə ki, əmisinin evinə qonaq gələn 19 yaşlı gənc bıçaqlanıb. Yaralı dərhal Şirvan Şəhər Xəstəxanasına çatdırlılb. Hadisənin hansı şəraitdə baş verdiyi və kim tərəfindən törədildiyi araşdırlır. 

Son xəbərlər

Orphus sistemi