Şəmkirdə yol qəzasında 2 nəfər ölüb, 2-i yaralanıb - YENİLƏNİB
- 06 avqust, 2018
- 07:52
Şəmkir. 6 avqust. REPORT.AZ/ Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub.
"Report"un Qərb bürosu xəbər verir ki, Bakı şəhər sakini Vüqar Vəliyevin idarə etdiyi "BMW" və Abşeron rayon sakini Mais Mirzəyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.
Nəticədə M.Mirzəyev və sərnişin Rəsul Əliyev hadisə yerində ölüb, digər sərnişin və BMW-nin sürücüsü V.Vəliyev xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
***23:4
Şəmkir. 5 avqust. REPORT.AZ/ Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində baş verib.
Hadisə nəticəsində 2 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.