Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

Xarici siyasət
  • 27 noyabr, 2026
  • 13:00
Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

Azərbaycan ATƏT-ə sədrlik üçün namizədliyinin irəli sürülməsinə razıdır.

"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkna ilə brifinqdə deyib.

"İsveçrənin ATƏT-də sədrliyi dekabrın 31-də bitir. Növbəti sədr barədə müzakirələr gedir, müxtəlif təkliflər irəli sürülür. ATƏT məkanında kifayət qədər gərgin mühitin olmasını nəzərə alsaq, hər kəs üçün məqbul tərəfin namizədliyinin irəsli sürülməsi hələkik məlum deyil.Azərbaycan bu xüsusda hər hansı bir fəallıq göstərməyib. Amma artıq vaxt azalır, ortada bəlli bir vaxt sıxıntısı var".

Nazir qeyd edib ki, alternativ təkliflər sırasında Azərbaycanın da namizədliyi irəli sürülüb:

"Son həftələrdə yeni yanaşma da var ki, prosesin asanlaşdırılması üçün sədrlik illik yox, bir paket şəklində müəyyən edilsin, konsensus formalaşdırılsın. Azərbaycanın mövqeyi budur ki, biz təşkilatın gələcəyinə müsbət töhfə verməyə hazırıq. Paket daxilində Azərbaycanla yanaşı, Ermənistanın da adı çəkildi ki, bu da münaqişənin başa çatması və müsbət inkişafın nəticəsidir. Bu özü də müsbət haldır. Dediyim kimi, bu paket daxilində Azərbaycanın adı var və biz buna müsbət yanaşırıq".

44 filmi