FHN Şəmkirdə baş verən qəza ilə bağlı məlumat yayıb - YENİLƏNİB

FHN Şəmkirdə baş verən qəza ilə bağlı məlumat yayıb - YENİLƏNİB Şəmkir rayon ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
18 Sentyabr , 2024 09:42
FHN Şəmkirdə baş verən qəza ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkir rayonunun Çənlibel kəndi ərazisində baş verən qəza ilə bağlı məlumat yayıb.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub:

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Qazel" markalı yük avtomobili ilə “Lada Niva” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan 1995-ci il təvəllüdlü İsmayılov Tural Xasay oğlunu xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır".

08:13

Şəmkir rayon ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Niva" və digər markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər – İsmayılova Qərənfil, 2006-cı il təvəllüdlü İsayeva Aygün və 1995-ci il təvəllüdlü İsmayılov Tural xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi