Şəmkirdə 36 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Şəmkirdə 36 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
Hadisə
8 Avqust , 2024 10:18
Şəmkirdə 36 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Şəmkirdə söyüş üstdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü Arif Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

"Faktla bağlı araşdırmalar davam etdirilir"-deyə DİN rəsmisi bildirib.

Qeyd edək ki, Şəmkir rayon Şiştəpə kənd sakini, 1988-ci il təvəllüdlü Elnur İsmayılov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Hadisənin içkili vəziyyətdə, söyüşlə edilən zarafat üstə törədildiyi bildirilir.

07 avqust 22:20

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Şiştəpə kəndində qeydə alınıb.

Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü Elnur smayılov mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi