Şəkidə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Şəkidə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - YENİLƏNİB Şəkidə yol qəzası olub.
Hadisə
2 İyun , 2024 15:48
Şəkidə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Aşağı Göynük kəndində "Mercedes Vito" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində Salmanova Sənubər (1977-ci il təvəllüdlü), Salmanov Əfqan (1998-ci il), Salmanova Gülnar (2000-ci il), İsmayılov İsmayıl (1985-ci il) xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.

Məlumata görə, qəzaya mikroavtobusun qarşısına inəyin çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

13:53

Şəkidə yol qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Baş Göynük avtomobil yolunun Aşağı Göynük kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.

Məlumata görə, qəzaya mikroavtobusun qarşısına inəyin çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi