Şəkidə əncir yığan qadını elektrik cərəyanı vuraraq öldürüb

Hadisə
  • 27 iyul, 2023
  • 06:05
Şəkidə əncir yığan qadını elektrik cərəyanı vuraraq öldürüb

Əncir yığan Şəki sakinini elektrik cərəyanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə şəhərin M.Əliyev küçəsində qeydə alınıb.

1964-cü il təvəllüdlü Gülbənd Nəbiyeva Güləndam qızı ağacdan əncir yığarkən elektrik cərəyanı onu vurub.

O, hadisə nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə