Ötən gün Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2009-cu il təvəllüdlü 1 nəfər (kişi) hospitalizasiya olunub.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, şəxsə zəruri tibbi xidmətlər göstərilib və əməliyyata götürülüb.
Qeyd olunub ki, hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlanıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhər ərazisində baş verib.
Belə ki, 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs saxlanılıb, müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.