Şəki sakini itkin düşüb

Hadisə
  • 06 dekabr, 2021
  • 15:23
Şəki sakini itkin düşüb

Şəkidə 27 yaşlı gənc itkin düşüb.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, rayonun Çeşməli kənd sakini, 1994-cü il təvəllüdlü Azər Allahverdi oğlu Həsənov dekabrın 3-ü səhər saatlarında yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə itkin düşən A.Həsənovun atası Allahverdi Həsənov ərizə ilə Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət edib.

Bu şəxsi görənlərdən ​polisə məlumat vermələri xahiş olunur.

44 filmi