Səhiyyə naziri tələbə və müəllimləri daşıyan avtobus qəzası ilə bağlı Siyəzənə gedib - YENİLƏNİB

Səhiyyə naziri tələbə və müəllimləri daşıyan avtobus qəzası ilə bağlı Siyəzənə gedib - YENİLƏNİB Xəstələrdən 9-u Bakıya gətiriləcək
Hadisə
30 May , 2016 11:45
Səhiyyə naziri tələbə və müəllimləri daşıyan avtobus qəzası ilə bağlı Siyəzənə gedib - YENİLƏNİB

Xəstələrdən 9-u Bakıya gətiriləcək

Siyəzən. 30 may. REPORT.AZ/ Avtobus qəzası nəticəsində yaralanan və Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən 9 nəfər xəstə Bakıya gətiriləcək.

"Report"un şimal bürosunun müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşınları hazırda xəstəxananın qarşısındadır.

*** 10:01

Siyəzən. 30 may. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev tələbə və müəllimləri daşıyan avtobus qəzası ilə bağlı Siyəzən rayonuna gedib.

"Report"un yerli bürosunun müxbiri xəbər verir ki, nazir hazırda Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindədir.

Mərkəzin baş həkimi Dadaş Hümbətov nazirə xəstələrin vəziyyəti barədə son məlumatları verib.

Nazirlə birgə rayona Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşınları da gəlib. Xəstələrin Bakıya aparılması gözlənilir.

Qeyd edək ki, dünən Xızı rayonunun Altıağac qəsəbəsində Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb.

Son xəbərlər

Orphus sistemi