​Sankt-Peterburqda atəş açan iki Azərbaycan vətəndaşına hökm oxunub

​Sankt-Peterburqda atəş açan iki Azərbaycan vətəndaşına hökm oxunub Soydaşlarımız 5 il müddətinə azadlıqdan məhrum ediliblər
Hadisə
16 Yanvar , 2015 05:45
​Sankt-Peterburqda atəş açan iki Azərbaycan vətəndaşına hökm oxunub

Bakı. 16 yanvar. REPORT.AZ/ Sankt-Peterburqun Kuybışev rayon məhkəməsi Cəbiyev Elgiz Sərdar oğlu və Məmmədov Eldar Kamal oğluna qarşı cinayət işi üzrə hökm oxuyub.

"Report" Sankt-Peterburq Prokurorluğuna istinadən xəbər verir ki, Azərbaycan Respublikası vətəndaşları Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsi üzrə ittiham olunublar.

Məlum olub ki, 2013-cü il oktyabrın 20-si gecə saatlarında Cəbiyev və Məmmədov onları içəri buraxmayan "Ruki Vverx Bar" klubu rəhbərliyi ilə münaqişəyə giriblər.

Onlar tapança ilə silahlanaraq şəxsiyyəti hələ müəyyən edilməyən daha beş nəfərlə yenidən müəssisəyə qayıdıbar. Canilər mühafizəçilər tərəfə də olmaqla ən 32-dən çox atəş açıblar və hadisə yerindən qaçıblar.

Onlar sonradan tutulub və barələrində "xuliqanlıq" maddəsi üzrə cinayət işi açılıb.

Məhkəmə Cəbiyevi iki, Məmmədovu isə 3 il müddətinə cəzalarını ciddi rejimli islah-əmək müəssisəsində çəkmək şərti ilə azadlıqdan məhrum edib. 

Son xəbərlər

Orphus sistemi