Samuxda piyadanı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Hadisə
  • 25 noyabr, 2018
  • 11:13
Samuxda piyadanı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Samux. 25 noyabr. REPORT.AZ/ Samux rayonunda naməlum avtomobil tərəfindən vurulan qadın xəstəxanada ölüb.

"Report"un Qərb bürosu xəbər verir ki, Samux rayon sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Svetlana Hüseyn qızı avtomobil vurması nəticəsində ağır bədən xəsarətləri alaraq Samux Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. S.Məhərrəmova yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. 


*** 9:21

Samux. 25 noyabr. REPORT.AZ/ Samux rayonunda orta yaşlı qadını avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Çobanabdallı kənd ərazisində qeydə alınıb.

Belə ki, Samux rayon sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Svetlana Hüseyn qızı yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralı qadın "təcili yardım" maşını ilə xəstəxanaya çatdırlıb. 

Faktla bağlı araşdırma aparılır.