Samuxda 2 qardaş bıçaqlanıb - YENİLƏNİB

Samuxda 2 qardaş bıçaqlanıb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Sentyabr , 2017 01:17
Samuxda 2 qardaş bıçaqlanıb - YENİLƏNİB

Samux. 13 sentyabr. REPORT.AZ/ Samux rayonunda bıçaqlanan iki qardaşın adı məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Çobanabdallı kəndində baş verən hadisədə hə iki qardaş ağır bıçaq xəsarətləri alıb.

Belə ki, həmin kəndin sakinləri olan iki qardaş, 1990-cı il təvəllüdlü Xəyal Məmmədov və1989-cu il təvəllüdlü Vüsal Məmmədov hələ ki, bilinməyən səbəbdən bıçaqlanaraq xəstəxanaya yerləşdiriliblər. 

Yaralıların hər ikisi əməliyyat olunub və palataya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


***00:46

Samux. 13 sentyabr. REPORT.AZ/ Samux rayonunda iki qardaş bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndi ərazisində baş verib. 

Belə ki, naməlum şəxs iki qardaşı bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralılar Samux rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 


Son xəbərlər

Orphus sistemi