Şamaxıda şirkətdən oğurluq edildi
Hadisə
- 11 yanvar, 2021
- 07:27
Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) birinə məxsus elektrik kabellərinin rayonun Əngərxan kəndi ərazisindən oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan müraciət əsasında keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Şamaxı şəhər sakini Vüqar Həsənov saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman oğurladığı kabellər və iki ədəd şüşə qabda ümumi çəkisi 31 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şamaxı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Son xəbərlər
16:42
İtaliyada pirotexnika fabrikində partlayış olub, iki nəfər ölüb
Digər ölkələr16:36
"Kpler": Son sutka ərzində Hörmüz boğazından 40-dan çox gəmi keçib
Region16:31
"Kəpəz" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə16:22
Foto
SOCAR Zimbabve Milli Assambleyası ilə enerji əməkdaşlığını müzakirə edib
Energetika16:20
"The National Interest": Aİ Cənubi Qafqazda sülhlə bağlı niyyətinin ciddiliyini təsdiqləməlidir
Region16:18
"Kəpəz" Ehtiram Şahverdiyevlə vidalaşıb
Futbol16:14
"Sabah"ın baş məşqçisi Lazar Spasiç: "Püşkatmada bəxtimiz gətirmədi"
Futbol16:08
Etibar İbrahimov: "Misir və Mərakeşdə məşqçilərin maariflənməsi digər Afrika ölkələrindən üstündür"
Futbol16:05